Popular Queries

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?
10-08-2020, 18:26
Evlərimizdə, ofislərimizdə və digər məkanlarda bəzən kafellərin və keramikaların arasında olan dərz dolğuların (fuga) rənginin dəyişməsi, solması, çatlaması kimi xoşagəlməz hallarla rastlaşırıq. Bunun səbəbi heç də həmişə məhsuldan və ya səthdən qaynaqlanmır. Düzgün olmayan tətbiqat və təmir nəticəsində belə problemlər yaranır.
Keramika yapışdırma məhlulu tam olaraq qurumadan dərzlər (aralıqlar) doldurulmağa başlandıqda keramika yapışdırıcının içində olan suyun çölə çıxmasına və yapışdırıcının qurumamasına səbəb olur. Bu halda yapışdırıcının tərkibində qalan su yapışdırma məhlulundan dərz dolğu məhluluna nüfuz edir və tərkibində həll olmamış duzlar dərz dolğusunun üzərinə çıxır və bu hala karbonatlaşma deyilir.
Karbonatlaşma daha çox yaz aylarında aşağı istilik və yuxarı nəm faizinin olduğu zamanlarda əmələ gəlir. Özəlliklə tünd rəngli dolğularda özünü daha çox biruzə verir.
Dərz dolğusu (fuga) su hopma xüsusiyyətinə görə fərqli səthlərdə fərqli rənglər verə bilər. Səthin su hopma faiz nisbəti yüksəldikcə dərz dolğusunun tündlüyü də artmış olur. Bu səbəbdən müxtəlif divarlarda döşəmələrdə və müxtəlif növ keramika və kafellərdə eyni aralıq doldurucunun azacıq rəng fərqi verməsi normal hal hesab olunur. Aralıq doldurucu maddənin sonradan çatlamaması və tökülməməsi üçün əvvəlcədən müəyyən edilən tədbirlər görülməlidir. Bunun üçün əvvəlcə kafel və keramikanın ara genişliyinə uyğun məhsul seçilməlidir. Buna görə Azpol Fuga, Azpol Flex Fuga və Azpol Fasad Flex Fuga məhsulların texniki xarakteristikalarına nəzər salın. Ara doldurucunun çat verməməsi üçün digər tədbir onun su ilə qarışım nisbətini təlimatdakı kimi düzgün seçməkdir.
Az və ya çox əlavə edilən su məhsulun keyfiyyətinə təsir edir. Aralıqların tam doldurulmaması da sonradan aralıq doldurucunun çatlamasına səbəb ola bilir. Həmçinin günəşin altında, küləkdə və digər sərt hava şəraitində tətbiq olunan aralıq doldurucuların sonradan çatlama verməsi halı qaçınılmazdır. Səthlərin aralıq doldurucu tətbiq etdikdən sonra nəm əsgi ilə silinməsi və daha sonra quru əsgi ilə qurulanması lazımdır. Nəmlik dərəcəsi çox olan əsgi ilə silinmə də sonradan aralıq doldurucunun keyfiyyət pozuntusu verməsinə səbəb ola bilər. Bəzi rəngli aralıq doldurucular toz halında ikən ağ rəngdə görünə bilər. Lakin su ilə qarışdırılan zaman onların tərkibindəki rəngli piqmentlər parçalanaraq rəngli aralıq doldurucu halına gəlmiş olur. Dərz dolğusuna həddindən artıq su qatılması onun sonradan təbaşirlənməsinə və rəng tonundakı fərqliliklərə də yol aça bilir.
Keyfiyyətli və uzunömürlü təmir üçün mütləq Azpol məhsullarından istifadə etmək lazımdır.
AZPOL – uğurlara aparan yol.