Popular Queries
SIVASİL

SIVASİL

MƏHSUL HAQQINDA:

Orqanik (üzvi) solvent içində həll olunmuş su izolyasiya materiallarından ibarət olan, aşağı sıxlıqlı, suyu və rütubəti uzaqlaşdıran, maye olaraq tətbiq oluna bilən, səthə nüfuz edib izolyasiyanı təmin edən, divarların yağış sularından təsiri nəticəsində nəmişlənməsinin və qaralmasının qabağını alan, suvaq üçün təkmilləşdirilmiş xüsusi su izolyasiya materialıdır.

ISTIFADƏ SAHƏLƏRI:

Tikintilərdə fasad suvaqlar, teras və balkonlar, gil və ya kərpicdən istehsal olunmuş zəmin üzlüklər, tamet daşları, beton səthlər, gips ve emulsiya və yağlı boya tətbiqindən əvvəl bütün divar suvaqları, boya və suvaq tətbiq ediləcək mineral səthlərin astarlanmasında istifadə edilir.

SƏRFIYAT:

5 m²/lt (2 qat halında).

Texniki Məlumatlar

  • Hoparaq səthin daxilinə nüfuz edir və su girişinə mane olan izoliasiya təbəqəsi yaradır.

  • Suvanmış səthə gips və ya boya vurmadan əvvəl tətbiq olunarsa, onların nəm çəkib qabarmasının qarşısını aldığı laboratoriya şəraitində aparılan təcrübələrlə sübut olunmuşdur.

  • Boyanın və gipsin səthə yapışmasında heç bir maneə törətmir.

  • Hidroskopik duzların strukturun daxilinə keçməsinin qarşısını alır. Üzərinə tətbiq olunan boyanın sərfiyyatını azaldır.

  • Uzun illər boyu divarların sağlam qalmasını təmin edir. Rütubətli yerlərdə divarların qabarıb kiflənməsinin qarşısını alır.