Popular Queries

Dekorativ mineral sıvanın xüsusiyyətləri

10-08-2020, 18:19
Dekorativ mineral sıva məhsulları- hər yerdə istifadə olunmasına baxmayaraq, olduqca müxtəlif və maraqlıdır. Mineral sıva materialı ilə işlənmiş -bəzədilmiş divar fərqli bir dekorativ görünüşə malikdir, geniş və gözə çarpan rəng çeşidləri ilə keyfiyyəti əldə edə bilərsiniz. Mineral dekorativ sıva məhsulu- səthlərin dekorativ işləmə növlərindən biridir. Fasad daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə olunur. Mineral sıva məhsulunun fərqliliyi tərkibində olan xırda mərmər tozu dolğu materiallarından ibarətdir. Həqiqətən, həmin bu dolğular- müxtəlif növ istehsal müəssisələrinin mədənçilik emalında və mərmər emalı zamanı meydana gələn toz və qırıntılardır. Bundan başqa, mineral sıva qarışığının tərkibində digərləri - bağlayıcılar - komponentləri də daxildir. Akril əsaslı polimer, rəngləndirici piqmentlər, digər və başqa bağlayıcı komponentləri ola bilər. Məhsulun tərkibində olan maddələrin bəziləri bəzək materialına rəng verməkdən, bura mərmər tozlarının rəng genişliyini aid etmək olar, bəziləri isə mineral sıvanın -səthdə tez qurumağında və səthə yaxşı yapışmağından məsuldurlar. Səth üzərində, kif və göbələyin və digər "sakinlərin" inkişafında tətbiq olunan materialları qoruyanlar da var - məsələn, antiseptik və su itkisini idarə idarə edən maddələrdir. Bizim istehsal etdiyimiz məhsulumuzda bu astar təşkil edir. Astar mineral sivanı həm su itkisindən həmdə göbələklərdən qoroyur. Mərmər sıvanın və ya dekorativ mineral sıvanın tarixi qədim dövrlərdə başlamış, material qədim Misir və Qədim Roma ərazilərində geniş yayılmışdır. Bu günə qədər divarları bəzəmək üçün istifadə edilən bərk, etibarlı, yüksək keyfiyyətli və gözəl görünüşlü məhsuldur. Ancaq indi hər bir şəxs asanlıqla materialın rəngini, toxumasını, keyfiyyətini və bütün onun tələblərini yerinə yetirəcək şəkildə tam olaraq seçə bilər. Mərmər tozunu öz xüsusiyyətləri var. İlk öncə olduqca qəşəng və gözəl görünür - divarın görünüşündə nahamar dekorativ səth yaradır. İkincisi, mərmər qırıntıları müxtəlif maddələrlə asan uyğunlaşır və divara yüksək yapışqanlığı ilə fərqlənir. Üçüncüsü, divar bəzəyi üçün kifayət qədər sərt bərk və davamlı bir materialdır. Mərmər qırıntıları ilə divar səthi işlədikdə fasadın xüsusi fərqliliyini vurğulamağa imkan verir! Dolğu məhsulu kimi yalnız mərmər dənələri istifadə olunmur. Tez-tez qarışıqda qranit dənələri ola bilər. Belə mineral sıva qranit-mərmər adlandırılır. Mərmər sıvanın özü fərqli rənglərə malik ola bilər, ancaq təbii daş rənglərinə yaxındır. Lakin, əslində, bu materialın rəng sxemi çox böyükdür – ona görə mərmər dənələri müxtəlif rənglərə tez-tez rənglənir, bu o cümlədən hər hansı bir səthdə dekorativ bəzək işlərini görmək üçün istifadə etməyə imkan verir. Mineral sıvanın Hər hansı bir digər dekorativ işləmə materialı kimi güclü və zəif tərəflər var: mineral sıvanın  üstünlükləri, yüksək müqavimət gücü və mexaniki aşınmaya qarşı dayanıqlıqdır, əgər divarda əyriliklər varsa həmin əyrilikləri görünməz edir, məhsulun uzunömürlüyünü təmin etməyə imkan verir. Qranit qırıntıları əsasında mineral sıva daha güclü olduğunu qeyd etmək lazımdır. Çox rəng seçimi və iş zamanı müxtəlif rənglərlə birləşdirmək imkanı yaradır. Yüksək buxar keçiriciliyinə malikdir, ona görə də evin əsas divarında kondensat yığılmır, səthlər "nəfəs ala bilər". Mineral sıva - maddi ekoloji cəhətdən ekonomikdir, sağlamlığa və ətraf mühitə zərər vermir. Bu örtük ultrabənövşəyi, radiasiya, yağış, külək, qardan qorxmur. Uzun müddət rəng intensivliyini qoruyur və rəngini itirmir. Mineral sıva ilə beton səth, kərpiç, daş, taxta, alçı, dsp səthlər üzərində son material kimi tətbiq etməq olar. Tətbiq texnologiyası olduqca sadədir, demək olar ki, istənilən şəraitdə material ilə işləmək mümkündür. Məhsul üzərində qeyd olunduğu faiz su ilə durulaşdırılır və mala ilə vurulur. İstifadədən əvvəl yaxşı qarışdırmaq lazımdır. Mineral sıva çox sadə və asan təmizlənə bilər. Həm daxili məkan həm xarici məkan kimi istifadə edilə bilər. Ev şəraitində mətbəx və hamam otaqları üçündə istifadə edilə bilər. Səth üzərində kif və göbələklər yaranmır, antiseptikdir və yüksək temperatura dözümlüdür. Mineral sıvanın- bəzi çatışmazlıqları var. Mineral sıva- bəzi kimyəvi maddələrə məruz qalmasından qorxur. Xüsusilə bunlar hidroxlor kimi turşulardır. Materialın dəyəri çox yüksəkdir. Əlbəttə ki, mərmərdən istifadə edilən sıvanın üstünlükləri daha çoxdur. Mineral mərmər sıvanı 2 növü var- 1ci venesian sıva, hansıkı mərmər tozundan(unundan) hazırlanır, və 2ci mərmər dənələrindən hazırlanan . 2ci daha bir neçə növlərə bölünü mərmər dənələrin ölçülərindən asılı olaraq.Ölçüləri 0,5-0,8 mm; 0,8-1 mm; 1-1,2 mm; 1,2-1,4 mm; 1,4-2 mm; 5 mm-gədər. Bizim istehsal etdiyimiz Azpol Mineral Sıva -məhsulumuz tələb olan bütün normativlərə cavab verir, səthə çox gözəl yapışır, elastikdir vurulduqdan sonra çatlaya bilmez, hava temperatur dəyişkinliklərinə davamlıdır, vurulan zaman divardan tökülmür, yüksək adgeziyaya malikdir, quruduqdan sonra rəngi uzun müddət solmur. Bundan əlavə tərkibində olan qatqılar sayəsində vurulduqdan sonra səthi nəmdən qouruyur, istifadə zamanı malanın izlərini səthdə qoymur, vurulduqdan sonra ovulmur. Tövsiyə: məhsul vurulduğu zaman üzərini çox hamarlamaq tövsiyə olunmur, tərkibində olan mərmər dənələri sürtülə bilər, mineral sıvanı tətbiq etdikdə paslanmıyan maladan istifadə edin, isti, yüksək rütubətli və yağışlı havada istifadə etmək olmaz. Məhsul sifariş verilərkən tətbiq ediləcək sahə dəqiq hesablanmalı və bir partiya halında sifariş verilməlidir. Müxtəlif partiyaların rəng tonları müxtəlif effektlər yarada bilər.